Tovuzda tərəvəz sahələrindən 20 min ton məhsul yığılıb

Tovuzda tərəvəz sahələrindən 20 min ton məhsul yığılıb

Tovuzlu fermerlər və digər torpaq mülkiyyətçiləri cari ildə 1575 hektar sahədə bol tərəvəz yetişdiriblər. SİA-nın verdiyi məlumata görə, artıq tərəvəz sahələrinin 1140 hektarının məhsulu yığılıb. İndiyədək 19 min 836 ton məhsul tədarük olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 664 ton çoxdur.

Qeyd edək ki, rayonda tərəvəz yığımı davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə