Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə Göygöl şəhərinin Baş plan layihəsinin hazırlanması həyata keçirilir. Komitədən SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 29-cu maddəsinə uyğun olaraq Baş planın ilkin layihəsinin ictimai müzakirəsi avqustun 4-dən etibarən 60 gün müddətində Göygöl şəhərində keçiriləcək.Hazırlanmış ilkin layihə ilə tanış olmaq, o cümlədən layihəyə aid irad və təkliflərin bildirilməsi üçün Göygöl şəhər İcra Hakimiyyətinə müraciət etmək olar
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB