Sərhədyanı yaşayış məntəqələrində pulsuz müayinə və müalicələr keçirilir
Dövlət Sərhəd Xidmətinin (DSX) Hərbi Hospitalının həkimləri tərəfindən hərbi hissələrdə və sərhədyanı yaşayış məntəqələrində yerli sakinlərin pulsuz müayinə və müalicəsi keçirilir. Bu barədə SİA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib.
Avqustun 1-dən 3-dək Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində Lerik rayonunun Məhləbad, Yuxarı Amburdərə, Aşağı Amburdərə, Qələçər, Kələxan, Orand və Hilidərə kəndlərinin 123 nəfər sakininin müayinə və müalicələri təşkil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB