Lənkəranda şəffaflığın artırılması və korrupsiya ilə mübarizəyə həsr olunmuş tədbir
Avqustun 6-da Lənkəran Mərkəzi kitabxanasında Azərbaycan Respublikası Prezidentinin "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strateqiyanın təsdiq edilməsi barədə" Sərəncamının icrası ilə bağlı dəyirmi masa təşkil olunub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, tədbirdə kitabxananın şöbə müdiri Xədicə Məmmədova mövzu ilə bağlı məruzə edib. Mərkəzi kitabxananın direktor müavini Nərmin Heydərova çıxış edərək tədbir iştirakçılarına bu sahədə olan qanunvericilik bazası və respublikamızda görülən işlər haqqında məlumat verib.
Sonda tədbir iştirakçıları məsələ ilə bağlı öz fikirlərini bildiriblər.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB