Yeniyetmələrdə yuxusuzluğun əsas səbəbi nədir?

Yeniyetmələrdə yuxusuzluğun əsas səbəbi nədir?

Avstraliyanın Adelaida Universiteti alimlərinin son tədqiqatları yeniyetmələr arasında yuxusuzluq probleminin öyrənilməsinə yönəlib. Alimlər hesab edir ki, bəzi dəyişikliklər nəticəsində onlarda obessiv-kompulsiv pozğunluq və narahatlıq inkişaf edə bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, alimlər 300-dən çox avstraliyalı məktəbli arasında sorğu aparıblar. Onlar yeniyetmələrə nə zaman daha fəal olmaları, neçə saat və hansı saatda yatmaları barədə suallar veriblər.

Sən demə, yuxusuzluq çox vaxt depressiya, gecə saatlarında vahimələnmək və daha da fəallaşmaq ilə bağlıdır, çünki yeniyetmələrin çoxu özlərini "gecəquşu" sayır, səhər oyanmaq üçün ertədən yata bilmir.

Statistikaya görə, yeniyetmələrin təqribən 11 faizində yuxusuzluq əlamətləri müşahidə olunur. Yuxusuzluq depressiya və narahatlıqla birləşəndə vəziyyət ağırlaşır. Adelaida Universitetinin əməkdaşı Paskule Alvaro hesab edir ki, belə vəziyyət yeniyetmə yaşlarında alkoqollu içkilərə və narkotiklər aludə olmağın nəticəsində yarana bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə