Ermənilər 10 yaşlı uşağı yaraladılar

Ermənilər 10 yaşlı uşağı yaraladılar

Bu gecə cəbhənin Ağstafa və Tovuz rayonu istiqamətində gərginlik davam edib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Ağstafanın Köhnə Qışlaq kəndində bir nəfər mülkü vətəndaş öz həyətində olarkən xəsarət alıb. Bir neçə saat davam edən atışma nəticəsində 10 yaşlı Köhnə Qışlaq sakini Qoşqar Abbasov boyun nahiyəsindən qəlpə yarası alaraq yaralanıb.

Yaralının nənəsi yaralanan Qoşqarı su dalınca göndərdiyini və həmin an həyətə partlayıcı başlığın düşdüyünü bildirib.

Kənd sakinlərinin sözlərinə görə, son günlər cəbhənin bu istiqamətində düşmən fəallaşıb və əsasən gecə saatlarında kənd və postlarımız atəşə tutulur.

Qeyd edək ki, ötən gecə həmçinin Tovuz rayonunun Hacallı istiqamətindən sərhəd kəndləri güllə yağışına tutub. Əlibəyli, Hacallı kəndləri gecə saat 03:30 radələrinə qədər iriçapalı silahlardan atəşə tutulub. İşıqsaçan, yandırıcı güllərdən daha çox istifadə edən ermənilər otlaq sahələrini də yandırmaqdan çəkinməyiblər. Azərbaycan silahlı qüvvələrinin cavab atəşi isə düşmən susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə