Azərbaycanla İran arasında razılıq əldə olunub Keçid məntəqələri açılır
Azərbaycan və İran arasında Aslanduz-Horadiz sərhəd keçid məntəqələrinin açılması ilə bağlı razılıq əldə olunub. SİA-nın xəbərinə görə, bu barədə Bakıda səfərdə olan İranın rabitə və informasiya texnologiyaları naziri, iqtisadi əməkdaşlıq üzrə İran-Azərbaycan hökumətlərarası komissiyanın həmsədri Mahmud Vaezi jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, gömrük məntəqəsinin açılması üçün infrastruktur işləri və yolların çəkilməsi ilə bağlı işlər yaxın zamanda başlayacaq. Nazir həmçinin Astara sərhəd keçid məntəqəsində ikinci körpünün tikintisi üçün iki ölkə arasında razılıq əldə olduğunu bildirib. Eyni zamanda İran və Azərbaycan Rəşt-Astara dəmiryol xəttinin çəkilməsi işlərinin sürətləndirilməsi ilə bağlı razılıq əldə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB