Əsgərimizi itirdik

Azərbaycan Ordusu daha bir əsgərini itirib. SİA-nın xəbərinə görə, Azərbaycan Ordusunun əsgəri Tərlanlı Sahil Yaşar oğlu aldığı güllə yarasından dünyasını dəyişib. Lakin onun hansı şəraitdə güllə xəsarəti alması ilə bağlı məlumat yoxdur.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə