Benzin bahalaşdı

Azərbaycanda "Premium Euro-95" markalı benzinin qiyməti artıb. SİA-nın xəbərinə görə, bundan əvvəl 93 qəpiyə satılan yanacaq hazırda 4 qəpik artaraq 97 qəpik olub.

Qiymət artımının bu gündən etibarən baş verdiyi bildirilir.

Qeyd edək ki, Azərbaycanda yanacaqdoldurma məntəqələrində satılan "Premium Euro-95" benzini ölkəyə xaricdən idxal edilir və idxal edilən benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir.

Bütün xəbərlər Facebook səhifəmizdə