Azərbaycanda internet xidmətləri bazarının həcmi artıb

Azərbaycanda internet xidmətləri bazarının həcmi artıb

Azərbaycanda son 5 ildə internet xidmətləri bazarının həcmi 4 dəfə artıb. SİA-nın məlumatına görə, milli internet seqmentinin inkişafı ilə bağlı bu məlumat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 2013-cü il üzrə illik hesabatında yer alıb.

Hesabatda qeyd olunur ki, son 5 ildə internet qiymətləri 12,5 dəfə azalıb. İnternet qiymətlərinin azalması xidmətə tələbatı, bu isə öz növbəsində beynəlxalq internet kanallarının həcminin artımını təmin edib. Son 5 ildə hər 100 internet istifadəçisinə düşən beynəlxalq kanal tutumu 14,4 dəfə artaraq 324 giqabit /saniyədən 4650,7 gbit/saniyəyə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə