“Azercell”in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə uğurlu layihələr icra olunur

“Azercell”in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə uğurlu layihələr icra olunur

"Azercell Telekom" MMC-nin uğurlu layihələrindən olan Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə gənclərlə növbəti görüş keçirilib. Şirkətdən bildirilib ki, "Biznes dünyasına giriş" mövzusuna həsr olunmuş görüşdə mütəxəssislər innovasiya, şirkət səhmləri və biznesin inkişaf prosesi haqqında məlumat veriblər.

Qeyd edək ki, fəaliyyət göstərdiyi qısa müddət ərzində Barama Mərkəzinin dəstəyi ilə bir sıra uğurlu layihələr icra olunub. Azərbaycandan və dünyanın müxtəlif yerlərindən olan bir sıra böyük şirkətlərin dəstəyi ilə gənc sahibkarlar üçün müsabiqələr, müxtəlif təhsil və qrant proqramları təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə