Şeyxülislam Həsən Həsənovun ailəsinin müraciətini qəbul edib

Şeyxülislam Həsən Həsənovun ailəsinin müraciətini qəbul edib

Ermənilərin Kəlbəcərdə öldürərək Qarabağda dəfn etdikləri Azərbaycan vətəndaşı Həsən Həsənovun meyitinin qaytarılması ilə bağlı ailəsinin müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ), Şeyxülislam Hacı Allahşükür Paşazadə tərəfindən qəbul edilib.

QMİ-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müraciət Şeyxə bu gün təqdim olunub və orada ailəsi tərəfindən Həsənin meyitinin geri qaytarılmasına yardım olunması xahiş olunur. Hazırda müraciətə baxılır və hansı formada yardım ediləcəyi müzakirələr bitdikdən sonra tam məlum olacaq.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələri işğal etdikləri Kəlbəcər rayonunda 3 Azərbaycan vətəndaşını girov götürüb. Həsən Həsənov ermənilər tərəfindən öldürülüb və Dağlıq Qarabağda BQXK-nın nümayəndəsinin iştirakı ilə dəfn olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə