“Yay məktəbi” layihəsinin I Oğuz turu iştirakçılarının təəssüratları: FOTOLAR

“Yay məktəbi” layihəsinin I Oğuz turu iştirakçılarının təəssüratları: FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin "Gənc Liderlər" Gənc Siyasətçilər üçün "Yay məktəbi" layihəsinin I Oğuz turu iştirakçılarının təəssüratları:

YAP Lerik rayon Gənclər Birliyinin sədri Zamiq Əhədov: "Ölkəmizin ən güclü siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası hər zaman layihələri ilə seçilib və seçilməkdədir. Partiyamızın rəhbərliyi gəncliyin inkişafına xüsusi diqqət yetirir və gənclərlə bağlı layihələr partiya tərəfindən daima dəstəklənir. Bu layihələrdən biri də "Yay məktəbi" layihəsidir. Mən də bu il layihənin I Oğuz turunda iştirak etdim. İlk görüşdən turda iştirak edən gənclərlə səmimi münasibət qurdum. Region gəncləri ilə paytaxt gəncləri arasında dostluq münasibətlərinin qurulmasında mühüm rol oynayan bu məktəbdə biz maraqlı seminarlar, təlimlər və digər tədbirlərin iştirakçısı olduq. "Yay məktəbi" çərçivəsində keçirilən tədbirlər, təqdim olunan layihələr biz gənclərin ictimai-siyasi fəallığının artmasına və gənc siyasətçilərin yetişdirilməsinə kömək edir. Gənclərə göstərilən diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə öz dərin minnətdarlığımızı bildiririk".

YAP Yardımlı rayon Təşkilatının üzvü Anar Alışov: "Yeni Azərbaycan Partiyası Gənclər Birliyi tərəfindən həyata keçirilən Gənc liderlər" Gənc siyasətçilər üçün "Yay Məktəbi" layihəsinin I Oğuz turunda iştirak etdim. Hər dəfə olduğu kimi, bu dəfə də "Yay məktəbi"ndə seminarlar, əyləncəli oyunlar və gənclərimizin asudə vaxtlarının səmərəli keçirilməsi üçün intellektual yarışlar keçirildi. Bütün bunlar gənclərimizin siyasi biliklərinin və intellektual səviyyəsinin artırılmasına böyük əhəmiyyətə malikdir. Mən bu "Yay məktəbi"ndə özümə dostlar qazandım. Bu layihəni təşkil etdiyi üçün Yeni Azərbaycan Partiyasının rəhbərliyinə minnətdarlığımı bildirirəm".

YAP Nizami rayon Təşkilatının üzvü Musa Vəkilov: "Yeni Azərbaycan Partiyası hər zaman öz layihələri ilə gəncləri təəccübləndirməyə davam edir. Bunlardan biri də yay və qış məktəbləridir ki, gənclərimiz bu layihələr çərçivəsində biliklərini artırmaqla yanaşı, asudə vaxtlarını da səmərəli keçirirlər. Belə ki, 6-11 iyul 2014-cü il tarixində YAP GB tərəfindən təşkil olunan "Gənc Liderlər" gənc siyasətçilər üçün "Yay məktəbi" layihəsi çərçivəsində I Oğuz turunda iştirak etdim. Bu tur müddətində həyata keçirilən seminarlar, diskussiyalar biz gənclərin dünyagörüşünü daha da artırdı və biz bu layihə çərçivəsində yeni biliklər əldə etmiş olduq. Fürsətdən istifadə edib Yeni Azərbaycan Partiyasının rəhbərliyinə, eləcə də bu layihədə əməyi olan hər bir şəxsə öz dərin minnətdarlığımı bildirirəm".

YAP Qaradağ rayon Təşkilatının üzvü Ramin Əliyev: "Dövlətimiz tərəfindən ölkə gənclərinə göstərilən diqqət və qayğı biz gəncləri çox sevindirir. Ölkəmizdə gənclərə gələcəyini qurması üçün hər cür şərait yaradılıb. Yeni Azərbaycan Partiyası Gənclər Birliyi tərəfindən təşkil olunan "Yay məktəbi" gənc siyasətçilər üçün xüsusi önəm kəsb edir. Bu layihədə iştirak etdiyim üçün özümü çox şanslı hiss edirəm. Layihə çərçivəsində kifayət qədər dəyərli məlumatlar, yeni dostlar və gözəl istirahət əldə etmiş oldum Bu layihənin uğurla həyata keçməsində əziyyəti olar hər bir şəxsə öz minnətdarlığımı bildirirəm".

YAP Nərimanov rayon Təşkilatının üzvü Siyab Qulubəyli: "Fikrimcə, 6-11 iyul tarixlərində baş tutan "Yay məktəbi" həqiqətən də, iştirak etdiyim layihələr içərisində ən maraqlı və ən idealı oldu. 5 gün ərzində biz həm maraqlı diskussiyaların aktiv iştirakçısı, həm əylənən tərəf, eyni zamanda öyrənən tərəf olduq. Ən üstün cəhətlərdən biri də yeni dostluqların yaranması idi. Belə layihələrin təşkil olunması həm də ona görə təqdirəlayiqdir ki, gənclərimiz bu vasitə ilə vətənimizin bölgələrini tanıyır və iştirak etdiyi rayon haqqında geniş məlumatlar əldə edir. Bir sözlə, gənclərə göstərdiyi diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyasının sədri Cənab Prezident İlham Əliyevə və Partiya rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm".

YAP Cəlilabad rayon Təşkilatının üzvü Elçin Hüseynov: "Bu il ilk dəfə idi ki, YAP GB tərəfindən təşkil olunan "Gənc liderlər" gənc siyasətçilər üçün "Yay məktəbi" layihəsində iştirak edirdim. Biz bu layihədə iştirak etməklə həm yeni biliklər qazandıq, həm də intellektual səviyyəmizi daha da artırmış olduq. İdman yarışlarının, intellektual oyunların keçirilməsi və sərbəst vaxt ərzində müxtəlif müzakirələr aparmaq çox maraqlı idi. "Yay məktəbi"ndə biz savadlı, dünyagörüşlü və intellektual dostlarla tanış olduq. Seminarlarda aparılan diskussiyalar bizlərə yeni bilik və məlumatlar əldə etməyə birbaşa yardımçı oldu. "Yay Məktəbi" layihəsini təşkil etdiyi üçün YAP rəhbərliyinə bütün gənclər adından dərin təşəkkürümü bildirirəm".

YAP Ucar rayon Təşkilatının üzvü Nuru Piriyev : "06-11 iyul tarixlərində YAP Gənclər Birliyinin təşkil etdiyi "Gənc liderləri" gənc siyasətçilər üçün Yay məktəbinin I Oğuz turunda iştirak etdim. Hər il olduğu kimi bu il də "Yay məktəbi" layihəsi yüksək səviyyədə təşkil edilmişdi. Proqrama uyğun həyata keçirilən təlimlər, söhbətlər, praktiki oyunlar, gənclərin komandalara bölünməsi və bir-biriləri ilə yarışması həqiqətən də maraqlı idi. İkinci dəfə qatıldığım layihə gənclik illərimdə müsbət rol oynadı. Belə ki, bu müddət ərzində yeni-yeni dostlar, tanışlar qazandım və müxtəlif bölgələrdən olan gənclərlə ünsiyyət yaratdım. Layihənin təşkilinə görə, YAP Gənclər Birliyinə öz təşəkkürümü bildirirəm və bu cür layihələrin davamlı olmasını arzulayıram!".

YAP Yasamal rayon Təşkilatının üzvü Şahin Əliyev : "Bu il "Yay məktəbi" layihəsi çərçivəsində təşkil olunan I Oğuz turu həyatımda yeni bir səhifənin açılmasında mühüm rol oynadı. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi "Gənc Liderlər" gənc siyasətçilər üçün "Yay məktəbi" layihəsi çərçivəsində keçirdiyim günləri sözlə ifadə etmək olduqca çətindir. Çünki biz bu tur çərçivəsində əvəzsiz təcrübə qazandıq. Təlimlər, seminarlar zamanı fikir mübadilələrində iştirak etmək yeni bilik və bacarıqlar əldə etmək baxımında olduqca maraqlı idi. "Yay məktəbi" layihəsi bizə yeni dostlar, gözəl xatirələr qazandırmaqla yanaşı, unudulmaz anlar yaşatdı. 5 gün birlikdə olmağımıza baxmayaraq, biz çox doğmalaşdıq. Bu şəraiti biz gənclərə yaratdığına görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə təşəkkürümüzü bildiririk".

Bütün xəbərlər Facebook səhifəmizdə