5 tona yaxın çətənə kolu məhv edildi

5 tona yaxın çətənə kolu məhv edildi

Ağstafada 5 tona yaxın çətənə kolu aşkar edilərək məhv olunub. Daxili İşlər Nazirliyindən (DİN) SİA-ya verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Ağstafa Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Xətai kəndi ərazisindən yabanı halda bitmiş, ümumi çəkisi 4 ton 600 kiloqram olan 11 min 500 ədəd çətənə kolu aşkar edilərək məhv olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə