Gizirimiz yaralanıb

Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun hərbçisi yaralanıb. SİA-nın məlumatına görə, hadisə cəbhə bölgəsində qeydə alınıb.

Məlumata görə, Azərbaycan Ordusunun giziri Valeh Xosiyev düşmən gülləsinə tuş gəlib. Nəticədə güllə yarası alan hərbçi hospitala yerləşdirilib. Hərbçinin vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə