Sərhəd komendantlığı və sərhəd zastavası kompleksi istifadəyə verilib
Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində yeni inşa olunmuş "Baxçalar" sərhəd komendantlığı və "Baxçalar" sərhəd zastavası kompleksi xidməti istifadəyə verilib. Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən SİA-ya verilən xəbərə görə, 1347,2 kvadrat metr sahədə inşa olunan, 10 ədəd əsas və köməkçi binalardan ibarət olan sərhəd komendantlığı və zastavası kompleksinə 2 ədəd 4 mənzilli yaşayış binası, komendantlığın inzibati binası, əsgər yataqxanası, təminat və yeraltı tərəvəz anbarları, xidməti it volyeri, xidməti atlar üçün tövlə, yay yeməkxanası, qazanxana və sanitar qovşağı daxildir. Bina və qurğularda müasir istilik sistemi quraşdırılmış, otaqlar və xidməti mənzillər mebel və avadanlıqlarla təchiz olunub.
Komendantlığın və sərhəd zastavasının açılış mərasimdə Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini, general-mayor Azad Ələkbərov, Lənkəran sərhəd dəstəsinin rəisi, polkovnik Zaur Zeynalov, sərhəd komendantlığının şəxsi heyəti iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB