Ordumuzda itkilərin sayı 2-yə çatdı

Ordumuzda itkilərin sayı 2-yə çatdı

Azərbaycan Ordusunda daha bir silahlı insident olub. SİA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin əsgəri, 1992-ci il təvəllüdlü Cavid Cəlil oğlu Məmmədov avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində dünyasını dəyişib. C. Məmmədov Ağstafa rayonundan həqiqi hərbi xidmətə çağırılıb. Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib.

Xatırladaq ki, avtomat silahla ehtiyatsız davranması nəticəsində 19 yaşlı Murad Mahir oğlu Səmədov da dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə