“Qanunazidd hərəkətlərin qarşısı qətiyyətlə alınacaq”

“Qanunazidd hərəkətlərin qarşısı qətiyyətlə alınacaq”

Ədliyyə Nazirliyi Penitensiar xidməti Qobustan həbsxanasında məhkumlar tərəfindən aclıq aksiyası keçirilməsi barədə məlumatları əsassız sayır.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, bununla əlaqədar müəssisə və xidmət rəhbərliyinə heç bir rəsmi müraciət daxil olmayıb: "Ədliyyə polkovniki Fikrət Qafarovun Həbsxanaya rəis təyin edilməsi ilə bağlı Penitensiar xidmət tərəfindən artıq ictimaiyyətə məlumat verilib. Kütləvi informasiya vasitələrinə ötürülən bu cür əsassız məlumatlar isə Həbsxananın yeni təyin olunmuş rəisi tərəfindən Daxili İntizam Qaydalarının tələblərinə uyğun həyata keçirilən tədbirlərə, rejim qaydalarını pozmağa meylli və qanunda nəzərdə tutulmamış imtiyazlar əldə etməyə can atan məhkumlar, eləcə də onların yaxınları tərəfindən göstərilən reaksiyadır. Penitensiar xidmət olaraq bildiririk ki, bütün qanunazidd hərəkətlərin qarşısı qətiyyətlə alınacaq" .

Qeyd edək ki, Qobustan həbsxanasında məhkumlar tərəfindən kütləvi şəkildə aclıq akasiyası keçirilməsi barədə məlumatlar yayılıb. Məlumata görə, məhkumlar həbsxanaya rəis vəzifəsinə yeni təyin olunmuş Fikrət Qafarovun onlarla kobud rəftarına etiraz edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə