Bu il sentyabrın 24-dən Bakıdan Nyu-Yorka müntəzəm reyslərin yerinə yetirilməsi ilə əlaqədar avqustun 1-dən həmin istiqamətdə aviabiletlərin satışına başlanıb. "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) SİA-ya verilən xəbərə görə, Nyu-York şəhərinin Kennedi hava limanına reyslər hər həftə çərşənbə və şənbə günləri yerinə yetiriləcək.
Bakıdan uçuş yerli vaxtla saat 06:00-da, Nyu-Yorkda enmə isə yerli vaxtla saat 09:30-da nəzərdə tutulub. Əks-istiqamətdə uçuşlar həftənin eyni günlərində saat 11:30-da həyata keçiriləcək, Bakıda enmə isə növbəti gün saat 08:00-da baş tutacaq. Reyslər uzaqməsafəli istiqamətlərdə uçuşlar üçün nəzərdə tutulmuş "Airbus-A 340" tipli hava gəmilərində yerinə yetiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB