Qazlı suların insan orqanizminə təsiri

Qazlı suların insan orqanizminə təsiri

Cənubi Kaliforniya Universitetinin (ABŞ) alimləri belə hesab edirlər ki, şirin qazlı içkilər təlim prosesinə təsir göstərir və hətta gündə bir şüşə qazlı su uşağın yaddaşının pisləşməsinə gətirib çıxara bilər. Buna görə də həkimlər uşaq yaşlarında şirin qazlı sulardan istifadənin minimuma endirilməsini məsləhət görürlər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, alimlərin apardıqları eksperiment zamanı qazlı su laboratoriya siçanları üzərində sınaqdan keçirilib. Bala siçanlar qazlı su qəbul etdikdən sonra yaddaş və düşüncə tapşırıqlarının öhdəsindən gələ bilməyiblər. Bundan başqa, bəzi hallarda hipokampda iltihab baş verib. Kəllə beyninin bu hissəsi təlim prosesinə və yaddaşa cavabdehdir.

Qazlı su, həmçinin böyüməkdə olan nəsildə təcavüzkarlıq dərəcəsini artırır. Qazlı su ilə birlikdə daxil olan "sürətli" karbohidratlar uşağın orqanizmində metabolizmi pozur. Nəticədə orqanlar və sistemlər patoloji rejimdə işləməyə başlayır ki, bu da xroniki xəstəliklərin inkişafı riskini artırır.

Bütün xəbərlər Facebook səhifəmizdə