Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası 3 əsas fəaliyyət istiqamətini özündə birləşdirən 3G strategiyası çərçivəsində fəaliyyətini davam etdirir. SİA-nın məlumatına görə, gənclərin əməkdaşlığının gücləndirilməsi istiqaməti çərçivəsində ARGTMŞ-nın nümayəndə heyəti Rusiya Federasiyasında, "Birlik" Beynəlxalq Gənclər Təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən IV Beynəlxalq Gənclər Düşərgəsində iştirak edib. ARGTMŞ nümayəndə heyətinin tərkibində ARGTMŞ-nın sədr müavini Ramiz Əliyev və gənclər təşkilatlarının nümayəndələri yer alıb. Tədbirdə 15 dövlətin (Аzərbaycan, Gürcüstan, Qazaxıstan, Latviya, Litva, Rusiya, Ukrayna və s.) gənc liderləri, ictimai təşkilatların fəalları, gənclər parlamentlərinin üzvləri, tələbə birliklərinin nümayəndələri, gənc bloqçular və jurnalistlərindən ibarət 70 gənc iştirak edib.
Tədbirə təntənəli açılış mərasimi ilə start verilib. Daha sonra iştirakçılar tədbirin yerləşdiyi Kaluqa vilayətinə yola düşüblər.
Düşərgə zamanı iştirakçıların beynəlxalq ekspertlərlə görüşü təşkil olunub, iştirakçılara mədəniyyətlərarası dialoq, gənclərin beynəlxalq əməkdaşlığı mövzularında müxtəlif təlim və seminarlar keçirilib. Təlimlər başa çatdıqdan sonra iştirakçılar komandalara bölünərək işçi qruplar şəklində layihələr hazırlayıblar.
Düşərgə zamanı həmçinin mədəniyyət gecələri və yaradıcı tədbirlər təşkil edilib. Qeyd olunan tədbirlərdə Azərbaycan xalqının qədim tarixə əsaslanan adət-ənənələri və milli dəyərləri iştirakçıların nəzərinə çatdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB