İşçilərin yeməyinə nəzarət güclənir

İşçilərin yeməyinə nəzarət güclənir

Mülkiyyət formasından asılı olmayaraq, bütün müəssisə, idarə və təşkilatlarda əmək şəraitindən asılı olaraq işçilərin müalicəvi profilaktik yeməklərlə təmin olunmasına nəzarət gücləndiriləcək. SİA-nın məlumatına görə, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2014 -2015-ci illər üçün imzalanan Baş Kollektiv Sazişdə tərəflərin üzərinə götürdükləri öhdəliklər sırasında yer alıb.

Eyni zamanda tərəflər qanunvericilikdə nəzərdə tutulmuş hallarda işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməsini təmin etməli və bu istiqamətdə nəzarəti gücləndirməli, əmək şəraiti zərərli və təhlükəli olan istehsalatlarda işləyənlər üçün kollektiv və fərdi mühafizə vasitələrinin istehsalını təşkil etməli, iş yerlərində, o cümlədən sənaye müəssisələrində insanların sağlamlığının qorunması məqsədilə ekoloji təhlükəsizliyi təmin etməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə