Yeniyetmələrin oynaqlarındakı ağrılar xəstəliyin inkişafından xəbər verir
Yeniyetmələrin oynaqlarında ağrılar tez-tez baş verən haldır. Valideynlər və həkimlər çox vaxt diz oynaqlarında ağrıları orqanizmdə yaş dəyişiklikləri ilə əlaqələndirir və belə hesab edirlər ki, böyüdükcə bu problem də aradan qalxır. Lakin statistika göstərir ki, hər üç yeniyetmədən biri diz oynaqlarında ağrılarla qarşılaşır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, alimlər qeyd edirlər ki, əksər hallarda ağrılar cinsi yetkinlikdən sonra da keçib getmir. Bəzi hallarda osteoartrit inkişaf edir. Diz qapağının dəyişdirilməsi üzrə əməliyyat keçirmiş yaşlı adamların dörddə birində hələ uşaq ikən diz oynaqları ilə əlaqədar problemlər olub. 12 yaşından 19 yaşınadək uşaqların 30 faizi diz ağrılarından şikayətlənir. Onların yeddi faizində ağrılar daim olur. Bəzən ağrı elə intensiv xarakter daşıyır ki, uşaqların sərbəst hərəkət etməsinə və idmanla məşğul olmasına mane olur.
Çox vaxt ağrılara görə yeniyetmələr idman məşğələlərinə getmirlər. Lakin tibb işçiləri belə hesab edirlər ki, düzgün məşq etdikdə ağrılar kəsə bilər. Amma xüsusi məşq rejiminə əməl etmək gənclər üçün asan məsələ deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB