Şəhid gizirimiz 5 erməni öldürüb

Şəhid gizirimiz 5 erməni öldürüb

Cəbhədə baş verən döyüşdə ordumuzun gizirinin qəhramanlığı ilə bağlı məlumat daxil olub. Mənbədən daxil olan məlumatı təqdim edirik:

"Avqustun 1-dən 2-nə keçən gecə ermənlərin xüsusi hazırlıqlı elit kəşfiyyat-təxribat qrupu cəbhənin Ağdam-Ağdərə istiqamətində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara növbəti dəfə basqın etməyə cəhd göstəriblər. Hərbi qulluqçularımızın göstərdiyi şücaəti nəticəsində düşmənin cəhdinin qarşısı alınıb. Düşmən hücumunun qarşısı alınarkən gizir Əliyev Pərvin Səlahəddin oğlu qəhrəmancasına həlak olsa da, snayper tüfəngi ilə şəxsən düşmənin beş nəfər canlı qüvvəsini məhv edib. Vətənimizin mərd oğulları, hərbi qulluqçularımız düşmənin 20-ə yaxın canlı qüvvəsini məhv edilib. Nəticədə ermənilərin bizim mövqelərə girmə cəhdinin qarşısını alıb".

Qeyd edək ki, Ermənistan tərəfi artıq iki gündür ki, cəbhədə atəşkəsi intensiv şəkildə pozub, mövqelərimizdəki postlarımıza hücum edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə