“Erməni ordusunun 71 əgəri öldürülüb, 80-ni yaralanıb”

Atışmalarda düşmənin 6-7 postu məhv edilib
“Erməni ordusunun 71 əgəri öldürülüb, 80-ni yaralanıb”

Qazaxda şəhid olmuş gizir İsa Almazovun üç mərasiminə Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov da qatılıb. Ölümündən sonra üçüncü dərəcəli medalla təltif edilən şəhidin mükafatını korpus komandiri özü gizirin atasına təqdim edib.

General-leytenant mərasimdə şəhidin yaxınları ilə görüşüb və son günlər baş verən atışmalar nəticəsində erməni ordusunun 71 əsgərinin öldüyünü və 80 əsgərin yaralandığını bildirib: "Bu döyüşlərdə, baş verən atışmalarda düşmənin 6-7 postu məhv edilib".

Bütün xəbərlər Facebook səhifəmizdə