Ağstafa rayonunda ənənəvi şənbə iməciliyi

Ağstafa rayonunda ənənəvi şənbə iməciliyi

Hər həftənin şənbə günləri olduğu kimi, avqustun 2-də də Ağstafa rayonunda təmizlik və səliqə-sahman işləri görülüb. İməcilikdə rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri iştirak ediblər.

Ağstafa şəhərinin prospekt və küçələrində yaşıllıq sahələrinə xüsusi qulluq göstərilib, yol kənarları kol-kosdan təmizlənib.

Bundan əlavə, Bakı-Qazax avtomobil yolu və dəmiryolu xəttinin rayon ərazisindən keçən hissələri boyunca səliqə-sahman işləri həyata keçirilib.

İməcilik zamanı qəsəbə və kəndlərdə yollar və suvarma arxları məişət tullantılarından təmizlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə