Təcridxanaya narkotik vasitə keçirmək istədi

Təcridxanaya narkotik vasitə keçirmək istədi

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı istintaq təcridxanasına narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3 maddəsinə əsasən 3 saylı İstintaq təcridxanasında saxlanılan Cəfər Əli oğlu Mehdiyevə vətəndaş Ramil Rafiq oğlu Ağayev tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Bu zaman, konfetlərin içində xüsusi üsulla gizlədilmiş 2 ədəd sellofan bükülüdə xalis çəkisi 2.19 qram olan narkotik vasitə - həşiş qətranı və 1 ədəd sellofan bükülüdə xalis çəkisi 0.754 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə