4 hərbçimiz şəhid oldu

Ötən gecə düşmən təxribatı zamanı, onun hücumunun qarşısını alarkən Silahlı Qüvvələrimizin bölmələri itki verib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, gizir Əliyev Pərvin Səlahəddin oğlu, kiçik gizir Hüseynov Rahil Əfsər oğlu, kiçik gizir Əhmədov Elçin Rasim oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Quliyev Sərxan Qeyrət oğlu həlak olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Hazırda erməni təxribatının qarşısının alındığı istiqamətdə vəziyyət Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə