Dəhşətli isti olacaq DİQQƏTLİ OLUN

Dəhşətli isti olacaq DİQQƏTLİ OLUN

Bu gün Azərbaycanın bəzi yerlərində havanın temperaturu 38 dərəcə olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 2-də Bakıda və Abşeron yarımadasında gün ərzində günəşli hava şəraiti gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 32-37 dərəcə isti olacaq.

Rayonlarda da hava şəraiti əsasən yağmursuz olacaq, lakin gecəyə doğru şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək.

Aran rayonlarında gecə 20-25 dərəcə isti, gündüz 33-38 dərəcə isti olacaq.

Dağlarda gecə 12-17 dərəcə isti, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə