TQDK-nın əməkdaşları şəhidlərimizin ailələrinə başsağlığı veriblər

TQDK-nın əməkdaşları şəhidlərimizin ailələrinə başsağlığı veriblər

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əməkdaşları cəbhə bölgəsində şəhid olan əsgərlərimizə Allahdan rəhmət diləyir, onların valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Qeyd edək ki, işğalçı Ermənistan Respublikasının Silahlı Qüvvələri son günlər fəallaşaraq Ermənistan-Azərbaycan dövlət sərhəddinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini planlı şəkildə pozaraq Silahlı Qüvvələrimizin mövqelərinə basqın ediblər.

Ermənistan ordusunun kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər. Silahlı Qüvvələrimizin bölmələri düşmənin bütün həmlələrini dəf etmiş, şiddətli döyüşlər nəticəsində ermənilər xeyli itki verərək geri çəkilməyə məcbur ediliblər.
Nəticədə 3 gün ərzində gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 8 nəfər hərbi qulluqçusu həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə