"Məlum olduğu kimi 30 iyul 2014-cü il tarixdə "Sülh və demokratiya institutunun" rəhbəri Leyla Yunus Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 178 (dələduzluq), 192-ci (qanunsuz sahibkarlıq) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham olunaraq Nəsimi rayon Məhkəməsinin Qərarı ilə həbs edilmişdir". Qarabağ QHT Koalisiyasının bəyanatında deyilir.
Əlavə edilir: "Qarabağ QHT Koalisiyası Azərbaycanın 20 %-dən artıq torpaqlarını işğal edərək bir milyondan artıq soydaşlarımızı qaçqın və məcburi köçkünə çevirən, misli görünməmiş Xocalı soyqırımını törədən Ermənistanın əlində alətə çevrilən, Azərbaycanın milli və dövlətçilik maraqlarına zidd fəaliyyət göstərən Leyla Yunusun həbsini gecikmiş, lakin Azərbaycan dövlətinin və xalqının mənafeyinə uyğun bir qərar hesab edir.
Hələ də ön cəbhədə hər gün erməni gülləsinə tuş gələrək şəhid olan əsgərlərimizin, mülki şəxslərimizin qanı üzərindən "xalq diplomatiyası" adı altında Ermənistanın xüsusi xidmət orqanları tərəfindən satın alınaraq Xalqına, Dövlətinə qarşı xəyanət edən Leyla Yunus və bunun kimi insanlar qanun qarşısında cavab verməli, öz cəzalarını layiqincə almalıdırlar.
Bəzi beynəlxalq təşkilatların, Azərbaycan dövlətinin güclənməsini istəməyən, müstəqil siyasət yeridən Respublikamızın dinamik inkişafına qısqanclıqla yanaşan, bütün fəaliyyətlərini Azərbaycanı işğalla barışmağa vadar etməyə cəhd edən dövlətlərin Leyla Yunusun həbsi ilə bağlı narahatçılıqları və əsassız bəyanatları əslində bir "dırnaqarası hüquq müdafiəsinin" hüquqlarını qorumaq yox, öz agentlərinin, ifşa olunmuş casuslarının azadlığa çıxmasına cəhd kimi qəbul edilməlidir.
Qarabağ QHT Koalisiyası olaraq bir daha Leyla Yunusun həbsini Azərbaycanın Qanunlarına və milli maraqlarına uyğun qərar hesab edir və onun bu vaxta qədər etdiyi xəyanətlərə görə cəzasız qalmamasını hüquq-mühafizə orqanlarından xahiş edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB