Raqif Abbasov şəhidlərin ailələrinə başsağlığı verdi

Raqif Abbasov şəhidlərin ailələrinə başsağlığı verdi

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov ötən gün erməni silahlı qüvvələri tərəfindən atəşkəsin pozulması nəticəsində həlak olan şəhidlərimizin ailələrinə başsağlığı verib.

Bu barədə SİA-ya açıqlama verən R. Abbasovun sözlərinə görə, Azərbaycan gəncliyinin arasında minlərlə Mübariz İbrahimov mövcuddur: "Azərbaycan gəncliyi Ali baş Komandanın əmrini gözləyir. Azərbaycan gəncliyi bəyan edir ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Bu təxribat Ermənistan tərəfinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı olmadığını bir daha sübut etdi. Biz bəyan edirik ki, bu qan yerdə qalmayacaq. Buna görə Ermənistan tərəfi çox ciddi şəkildə cavab verməli olacaq. Bütün beynəlxalq təşkilatlara səslənərək bildiririk ki, Ermənistan bu məsələyə hüquqi cavab verməlidir. Torpaqlarımız işğaldan azad olunmalı, qaçqın və məcburi-köçkünlər yuvalarına qayıtmalıdır. Bir daha həlak olanların ailələrinə başsağlığı verir. Allahdan onlara rəhmət diləyirəm. Vətən sağ olsun!"

Qeyd edək ki, 3 gün ərzində ölkəmizdə keçiriləcək idman yarışları sükutla başlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə