Ədliyyə Nazirliyi Penitensiar xidmətdə yeni təyinat olub. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general leytenantı Mədət Quliyevin əmri ilə Penitensiar xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi vəzifəsini icra edən, ədliyyə polkovnik-leytenantı Rasim Bayramov başqa işə keçirilməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilib. Həmin vəzifənin müvəqqəti icrası ədliyyə polkovnik-leytenantı Mahir Əliyevə həvalə edilib.
Qeyd edək ki, M. Əliyev 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəis müavini vəzifəsində çalışırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB