Neftçilər prospektində nəqliyyatın hərəkəti dayandırılacaq sürücülərin nəzərinə
Avqustun 2-si saat 20:00-dan avqustun 3-ü saat 08:00-dək paytaxtın Neftçilər prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsində, "Port Baku"nun inzibati binasının yaxınlığında dəmir yolunda əsaslı təmir-tikinti işləri aparılacaq. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən SİA-ya verilən xəbərə görə, bu səbəbdən göstərilən ərazidən keçən bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək.
Neftçilər prospekti ilə Nobel prospekti və Yusif Səfərov küçəsinə doğru hərəkət istiqaməti dəyişdiriləcək və hərəkət Neftçilər prospekti ilə Keykab xanım Səfərəliyeva küçəsinin kəsişməsindən tənzimlənəcək. Nəqliyyat vasitələri Neftçilər prospektindən Keykab Səfərəliyeva küçəsinə keçməklə Üzeyir Hacıbəyov küçəsi boyu Cavanşir körpüsünün üzəri ilə hərəkətin əksinə, Afiyəddin Cəlilov və yaxud Yusif Səfərov küçələri istiqamətində hərəkət edə biləcəklər. Bu məqsədlə Yusif Səfərov küçəsi ilə Üzeyir Hacıbəyov küçəsi və Neftçilər prospektinə doğru hərəkət edən sürücülərdən xahiş olunur ki, Mərkəzi Neftçilər Xəstəxanasının yanından sağa, 28 May küçəsi ilə Neftçilər prospekti istiqamətində hərəkət etsinlər ki, göstərilən ərazidə nəqliyyatın sıxlığı yaranmasın.
Təmir işləri şənbə və bazar günlərinə təsadüf edəcək. Ona görə də Dənizkənarı Milli Park boyu istirahətə gələnlərdən xahiş edilir ki, ərazidə nəqliyyatın yarana bilən çoxluğunu nəzərə alsınlar və alternativ yollardan istifadəyə üstünlük versinlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB