Nazir başsağlığı verdi

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov ermənilər tərəfindən qətlə yetirilən şəhid hərbçilərimizin ailələrinə başsağlığı verib.

SİA bu barədə nazirin şəxsi "facebook" səhifəsinə istinadən xəbər verir.

Baş verənlərdən üzüldüyünü dilə gətirən nazir şəhidlərin ailələrinə başsağlığı verib: "Allah rəhmət etsin! Şəhidlərimizin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə