Agcabədidə "Təhlükəsizlik Oyun Meydançası" tikilib

Agcabədidə "Təhlükəsizlik Oyun Meydançası" tikilib

Agcabədidə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) maliyyə dəstəyi ilə "Təhlükəsizlik Oyun Meydançası" tikilib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, rayonda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin layihəsi olan "Təhlükəsiz Oyun Meydançası"nın açılış mərasimi olub. Açılışda çıxış edənlər bildiriblər ki, uşaqları mina və müharibənin partlayıcı qalıqları ilə rastlaşma risklərindən qorumaq məqsədini daşıyan "Təhlükəsiz Oyun Meydançaları" layihəsi 2005-ci ildən başlayaraq Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən həyata keçirilir. Ağcabədidə indiyədək 7 kənddə "Təhlükəsiz Oyun Meydançası" inşa edilib.

Qeyd edək ki, cəbhəyanı yaşayış məntəqələrində ümumilikdə 56 kənddə "Təhlükəsiz Oyun Meydançası" quraşdırılaraq uşaqların istifadəsinə verilib.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə