Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) və Mərkəzin rəhbəri Rufiz Qonaqov Leyla Yunusun həbsi ilə bağlı bəyanat yayıb. SİA-ya daxil olan məlumata görə, bəyanatda deyilir: " Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) hüquq müdafiəçisi adı ilə özünü və təmsil etdiyi qurumu kamuflyaj edən Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus ilə birlikdə Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmələrinə, Ermənistana səfərlər təşkil etməklərinə və qrant vəsaitləri alaraq müxtəlif birgə layihələr keçirməklərinə dair Azərbaycan vətəndaş cəmiyyəti institutu kimi öz qəti etirazını bildirir. "Sülh və Demokratiya İnstitutu"nun təsisçisi və sədri Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq), 213-cü (vergidən yayınma), 192-ci (qanunsuz sahibkarlıq), 320.1-ci və 320.2-ci, maddələri üzrə təqsirləndirilib. Yunusova Leyla Azərbaycanın təhlükəsizliyi zərərinə 2002-ci ildən etibarən təsisçisi və sədri olduğu "Sülh və Demokratiya İnstitutu" adlı qurum vasitəsi və bir neçə erməni ilə birlikdə Ermənistanın bir sıra qeyri-hökumət təşkilatları arasında "xalq diplomatiyası" adlı birgə layihələr həyata keçirib. Bu layihə adları altında Leyla Yunus beynəlxalq donor təşkilatlardan aldığı qrant vəsaitləri, Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarına köçürüb. Təhlükəsizlik orqanlarının da qeyd etdiyi kimi, bu pulları isə xarici kəşfiyyata şəxslərin casus kimi ələ alınmaları üçün istifadə edib.
Leyla Yunus müxtəlif vaxtlarda yaratdığı şoularla Azərbaycanın uğurlarını gözü götürməyən qüvvələri ölkəmizə qarşı yönəltmək, dövlətimizin imicinə xələl gətirmək məqsədi daşıyıb. Bu, həm də uzun müddətdir hakimiyyətə qərəzli mövqedə dayanan insanların pis niyyətlərindən xəbər verir. Bir çox dağıdıcı müxalif dairələri də onu dəstəkləyərək, yaratdığı şoulara bəraət qazandırmaqla diqqət mərkəzinə çevrilməyə çalışıb. Dəfələrlə bəyan etmişik ki, Azərbaycanda fəaliyyətləri ilə cinayətlərə yol vermiş insanlar mövcuddur. Leyla Yunus kimiləri isə onları siyasi məhbus kimi dəyərləndirməklə, beynəlxalq ictimaiyyəti Azərbaycanın üzərinə qaldırmaq niyyətində olublar. Belə şoular yaratmaqla Leyla Yunus özünün "siyasi məhbus" kimi həbs olunması ssenarisini planlaşdırmışdır. Azərbaycan Konstitusiyasını, qanunları pozan, ölkəmizin milli maraqlarına zidd hərəkət edən hər bir kəs qanun qarşısında cəzasını almalıdır.
Təəssüflər olsun ki, sapı özümüzdən olan baltalar, xaricdəki dəstəkçilərinin köməkliyi ilə ölkənin ictimai-siyasi həyatında aktiv pozisiyaya sahib olub, insan hüquqları, hüquq müdafiəçisi, demokratiya və bu kimi ülvi idealların kamuflyajı ilə vətənə də, xalqa da da xəyanət edirlər. Hər bir sivil ölkədə, əlbəttə ki, müxalifət var. Lakin sivil ölkələrdə o da var ki, müxalifətçilik hökumətə qarşı olur və bu da normaldır. Heç bir sivil ölkədə dövlətə müxalifətçilik sivil qəbul edilmir və xalqın təhlükəsizliyinə zərər gətirən hər bir şəxs vətən xaini sayılır. Təhlükəsizlik və hüquq-mühafizə orqanlarının Leyla Yunusla bağlı bu ittihamları kifayət qədər ciddidir və araşdırılıb bu işdə əli olan hər kəs ədalət məhkəməsinə cəlb edilməlidir. Bu cür insanların ciddi məsuliyyətə cəlb edilməsi və ölkə məhkəmə qarşısında cavab verməsi ilə yanaşı, vətənə, dövlətə qarşı apardığı işin cəzasını alması bu cür fəaliyyət göstərən və göstərmək niyyətində olan başqa şəxslərə də dərs olmalıdır. Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi olaraq bir daha milli və siyasi təhlükəsizliyimizə qarşı yönələn bu cür halların aradan qaldırılmasının ölkəmiz üçün həyati əhəmiyyət daşıdığını bildiririk".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB