Millət vəkili Qənirə Paşayeva ötən gecə cəbhədə baş verən hadisələrə görə telekanallardakı əyləncəli verilişlərin yayımdan qaldırılmasını tələb edib. SİA-nın xəbərinə görə, o, rəsmi "Facebook" səhifəsində şəhid olan əsgərlərin ailələrinə başsağlığı verib: "Cəbhədə düşmənin təxribatlarına layiqli cavab verərək şəhid olan qardaşlarımızın hamısına Allahdan rəhmət, yaxınlarına səbr diləyirik. Millətimizin başı sağ olsun!".
Millət vəkili həmçinin telekanallar və radiolara müraciət edərək əyləncəli verilişlərin dayandırılmasını tələb edib: "Televiziya və radiolarımızda əyləncə, çal-çağır proqramlarının dərhal dayandırılması lazımdır. Səhər tezdən indiyədək bununla bağlı nə qədər zəng, məsaj gəlib. Bir çox insanlarımız bu kimi proqramların gün ərzində dayanmasını vacib sayırlar. Bu kimi proqramlar öncədən nəzərdə tutulsa da, hesab edirəm ki, yayımda dəyişiklik edilə bilər. Televiziyalar əyləncə və çal-çağır proqramlarınının yerinə vətənpərvərlik, şəhidliklə bağlı müəyyən proqramlarını, filmlərini qoya bilərlər. İşğalçı Ermənistanı və onunla bərabər arxasında duran dövlət və gücləri Allahın lənətinə gəlsinlər. İnşallah onlar layiq olduqları cəzanı alacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB