Sabah hava necə olacaq?

Avqustun 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində günəşli olacağı gözlənilir. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.

O bildirib ki, gündüz cənub-şərq küləyi əsəcək, havanın temperaturu gecə 22-26, gündüz 32-37 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı, lakin gecəyə doğru bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 24-29 dərəcə isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə