Ötən gün Bakıda 6 nəfərin suda boğulması ilə bağlı təcili tibbi yardıma müraciət daxil olub. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından SİA-ya verilən xəbərə görə, müraciət edənlərdən 3-ü kişi, 3-ü isə qadın olub.
Hadisə yerinə cəlb olunan həkim briqadasının səyi nəticəsində Mərdəkan çimərliyində dənizdə boğulma təhlükəsi ilə üzləşən 42, 20 və 24 yaşlarında qadınların həyatını xilas etmək mümkün olub.
Daha bir hadisə isə Buzovna qəsəbəsi ərazisindəki istirahət mərkəzlərinin birində baş verib. Boğulma təhlükəsi ilə üzləşən orta yaşlarında kişinin həyatını xilas etmək mümkün olub.
20 yaşlı naməlum kişi dənizdə boğulub. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Ötən gün saat 19:00 radələrində paytaxtın "Duzlu göl" ərazisində 70 yaşlarında kişi çimərkən dünyasını dəyişib. Onun ölümünün səbəbləri araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB