“Yay məktəbi” layihəsinin II Lerik turu iştirakçılarının təəssüratları: FOTOLAR

“Yay məktəbi” layihəsinin II Lerik turu iştirakçılarının təəssüratları: FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin "Gənc Liderlər" Gənc Siyasətçilər üçün "Yay məktəbi" layihəsinin II Lerik turu iştirakçılarının təəssüratları:

YAP Yasamal rayon Təşkilatının üzvü Əjdər Hümmətov: "YAP GB tərəfindən təşkil edilən gənc siyasətçilər üçün "Yay məktəb" layihəsi mənə çox gözəl təəssüratlar və yadda qalan anlar yaşatdı. Ölkəmizin bir çox bölgələrindən qatılan fəallarla tanışlıq, dostluq münasibətləri, maraqlı diskussiyalar və təlimlər bizim bir gənc kimi formalaşmağımızda müsbət təsir göstərmiş oldu. Düşünülmüş və son dərəcə zəngin proqrama malik olan bu layihənin təşkilatçılarına və YAP Gənclər Birliyinə öz təşəkkürümü bildirirəm".

YAP Gəncə şəhər Təşkilatının üzvü İsrafil Vəliyev: "Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və ölkə başçımız İlham Əliyev tərəfindən uğurla həyata keçirilən gənclər siyasəti biz gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradır. Bu imkanlardan da biri YAP GB tərəfindən həyata keçirilən "Yay məktəbi" layihəsidir ki, bu layihə çərçivəsində ölkə gənclərinin asudə vaxtı səmərəli şəkildə təşkil olunur, gənclərdə liderlik qabiliyyətinin yaradılması üçün geniş imkanlar yaradılır. Artıq 8 ildir ki, çox uğurla həyata keçirilən bu layihədə mən də iştirak etmək imkanı qazandım. Bu turda iştirak etmək mənim üçün fərəhli və maraqlı idi. Bizə göstərilən diqqətə görə partiyamıza təşəkkür edirəm".

YAP Yasamal rayon Təşkilatının üzvü Məhəmməd Məcidli: "Yeni Azərbaycan Partiyası tərəfindən təşkil olunan 2007-ci ildən start götürən Yay və Qış məktəbləri layihəsi artıq ənənə halını alıb. Bir gənc olaraq Yeni Azərbaycan Partiyasının təşkil etdiyi "Yay məktəbi" nin iştirakçısı olduğum üçün qürur hissi duyuram.

Azərbaycanda bu kimi layihələrin keçirilməsi cənab prezident İlham Əliyevin gənclərə olan diqqət və qayğısının bariz nümunəsidir. "Yay məktəbi" mənim intellektual səviyyəmin yüksəlməsinə, yeni dostlar qazanmağıma, bir sözlə hərtərəfli inkişafıma səbəb oldu. Azərbaycan gəncinə göstərdiyi qayğı və diqqətə görə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinə öz minnətdarlığımı bildirirəm".

YAP Siyəzən rayon Təşkilatının Pərvin Ağasıyev: "YAP GB tərəfindən həyata keçirilən gənc liderlər üçün "Yay məktəbi" layihəsi Lerikdə yüksək səviyyədə təşkil olunmuşdu. Müxtəlif mövzularda baş tutan seminarlarda gənclər arasında aparılan müzakirələr çox maraqlı idi. Belə tədbirlərin davam etdirilməsi vacibdir. Çünki məhz bu tip tədbirlər gənclərimiz arasında təşkilatlanmaya, onlar arasında səmimi dostluq münasibətlərinin yaranmasına, eləcə də gənclərimizin dövlətçilik ideyası ətrafında daha sıx birləşmələrinə müsbət təsir göstərir. Bu layihənin təşkilinə görə təşkilatçılara təşəkkür edirəm".

YAP Yasamal rayon Təşkilatının üzvü Tariyel Nurməmmədov: "Yay məktəbi" layihəsi gənclərimizin inkişafı üçün müstəsna rol oynayır . "Yay məktəbi" layihəsi çərçivəsində keçirilən təlimlər, seminarlar gənclərin həyatında mühüm izlər qoymaqla yanaşı, gənclərdə natiqlik qabiliyyətinin artırılmasına, əhatə dairəsinin genişlənməsinə böyük imkan yaradır. Yeni Azərbaycan Partiyası tərəfindən həyata keçirilən yay və qış məktəbi layihələri ölkə gəncləri tərəfindən yüksək qiymətləndirilir".

YAP Sumqayıt şəhər Təşkilatının üzvü Ülvi Allahverdi: "Yeni Azərbaycan Partiyası Gənclər Birliyi tərəfindən təşkil edilən "Yay Məktəbi" layihəsində iştirakımdan hədsiz dərəcədə razı qaldım.

Bu layihənin təşkili gənclərə göstərilən qayğının bariz nümunəsidir. Layihə çərçivəsində müxtəlif bölgələrdən gələn gənclərin geniş ünsiyyətə girməsi, bir-biri ilə dostluq əlaqələri yaratması, cəmiyyətimizdə gedən proseslər, qlobal problemlər haqqında gənclərin öz dünyagörüşlərini bölüşmələri gənclərdə obyektiv mövqenin müəyyənləşməsinə böyük əhəmiyyətə malikdir".

YAP Səbail rayon Təşkilatının üzvü Vüsalə Hüseynova: "YAP GB tərəfindən həyata keçirilən yay və qış məktəbləri layihəsi gənclərimizin intellektual səviyyəsinin daha da yüksəlməsi və asudə vaxtlarının səmərəli keçirilməsi baxımından əhəmiyyətli layihədir. Layihə çərçivəsində iştirak etdiyim II Lerik turu yaddaşımda gözəl izlərlə qaldı. Biz bu tur müddətində asudə vaxtımızı yaxşı keçirtməklə yanaşı, müxtəlif bölgələrdən olan gənclərlə münasibət qurduq, yeni dostlar qazandıq, onlarla müxtəlif mövzular ətrafında fikirlərimizi bölüşdük. Bir gənc olaraq Yeni Azərbaycan Partiyasının təşkil etdiyi "Yay məktəbi" layihəsinin iştirakçısı olduğum üçün çox xoşbəxtəm. Biz gənclərə yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinə öz minnətdarlığımı bildirirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə