Xəyanətkar bağışlanılmamalıdır MÜNASİBƏT

İctimaiyyət nümayəndələri Leyla Yunusun həbsini haqlı hesab edirlər
Xəyanətkar bağışlanılmamalıdır MÜNASİBƏT

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun həbsini ictimaiyyət necə qarşılayır? SİA bununla bağlı ziyalıların, siyasətçilərin və millət vəkilllərinin münasibətini öyrənib:

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə:

- Leyla Yunus və digər sağ təmayüllü, millətçi qüvvələr heç zaman Azərbaycanın maraqlarından çıxış etməyiblər. Millət onların dilindədir, qəlbində deyil. Çox qəribədir ki, bu adamlar "millətçi"dir. Onlar Azərbaycan Sosial Demokrat Partiyasının üzvü idilər. Azərbaycan Xalq Cəbhəsindən hakimiyyət qoxusu gələn kimi ona tərəf qaçdılar. Azərbaycan Xalq Cəbhəsində Leyla Yunusun qanını yoxlamaq istəyirdilər ki, ərinin erməni anasından ona nə qədər qan keçib. Əvvəllər deyirdi ki, "Aqulya" faşistdir. Amma sonradan "Aqulya"nın qoltuğuna sığındı. Habelə Arif Yunus da. Bu adamlar üçün ən əsas məsələ puldur. Xalqı sevməyən insan Müdafiə Nazirliyində bacarmadığı işdən yapışmazdı. Analitik İnformasiya Mərkəzinin rəhbəri savada, idarəçilik qabiliyyətinə malik olmalı idi. Necə olur ki, Leyla Yunus birdən-birə polkovnik Leyla Yunus oldu? Bunlar pulu Vətəndən artıq sevirlər.

YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü, Nəsimi Ağbirçəklər Şurasınnı sədri Zərifə Quliyeva:

- Hər zaman xarici antiazərbaycan qüvvələrlə əl-ələ verib ölkəmizə qarşı təxribat həyata keçirməkdən əl çəkməyən, əldə olunan uğurlara qara yaxmaqdan, şər, böhtan atmaqdan usanmayan "hüquq müdafiəçisi" Leyla Yunusun həbsi gözləniləndir. Son illər Azərbaycan bütün sahələrdə güclü inkişaf mərhələsini yaşamaqdadır. Azərbaycanda əldə olunan uğurlara qara yaxmaqda, şər, böhtan atmaqda qondarma "hüquq müdafiəçisi" Leyla Yunus xüsusi fəallığı ilə seçilib. Ölkəmiz böyük dövlətlər, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı münasibətlər qurduğu bir vaxtda boşboğazlıq edən L.Yunus Azərbaycanın gündən-günə artan imicinə ləkə yaxmağa çalışıb. Xarici və ermənipərəst havadarlarından aldığı qrantlar müqabilində üzərinə öhtəlik götürən L.Yunus sayıqlayır ki, guya Azərbaycanda siyasi məhbus var. Hətta müəyyən uydurma siyahılar da tərtib etməklə beynəlxalq təşkilatlara göndərib. L.Yunus artıq terrorçular da daxil olmaqla, konkret cinayət törətmiş şəxsləri "repressiya qurbanları" kimi qələmə verməklə kifayətlənməyib, onları "vətənpərvərlər" kimi qələmə verməyə də çalışır. L.Yunus başa düşmürdü ki, 2013-cü ildə Kristofer Ştrasser və onunla eyni mövqedən cıxış edən anti-Azərbaycan qüvvələr AŞ PA-da iflası Azərbaycana qarşı açıq və kobud qarayaxma kampaniyasının qurumun əksər deputatları tərəfindən dəstəklənməməsi ilə yanaşı, həm də "siyasi məhbus" anlayışı ilə bağlı qeyri-müəyyənliyin qalması ilə əlaqədar olmuşdur. Ancaq L.Yunus özünü görməzliyə vurur, faktları təhrif edir, ağ yalan danışır və anti-azərbaycançı şəbəkənin sifarişi, aldığı pullara və müxtəlif dedi-qodulara əsaslanaraq ilbəil siyahısını şişirtməkdə davam edir. Ona görə də Baş prokurorluğun atdığı bu addım düzgündür və L.Yunus qanun qarşısında cavab verməli və etdikləri əməlllərinə görə cəzasını almalıdır.

YAP Siayasi Şurasının üzvü, Qaradağ rayon təşkilatınnı sədri Aydın Hüseynov:

- Leyla Yunus öz çıxışları və əməlləri ilə hər dəfə Azərbaycan əleyhinə danışan, onun milli maraqlarına zidd hərəkət edən Leyla Yunus həmişə Azərbaycanın imicinə xələl gətirməyə calışıb. SDİ rəhbəri 2014-cü il aprelin 28-də aeroportda saxlanılaraq geri qaytarılması və evində yoxlama aparılması zamanı atdığı addımlar da şübhəsiz ki, Azərbaycanın imicinə zərbə vurmaq xarakteri daşıyırdı. Onun atdığı bu pozucu addımlar təbii ki, düşünülmüş, müəyyən mərkəzdən planlaşdırılan oyun idi. Təsadüfi deyil ki, polisə qarşı onun atdığı addımların özü də şou yaratmağa hesablanmışdı. Polislərin ona əl atması ilə Yunuslar ailəsi dünyada Azərbaycan polisi barədə mənfi rəy yaratmağa çalışacaqdı. Lakin polislər özlərini təmkinli apardılar. Leyla Yunusun polisin başından papağı götürüb yerə tullaması, mənəviyyatsızlığa yol verməsi, təbii ki, Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşlarını təhqir etməyə cəhd kimi dəyərləndirilməlidir. Hesab edirəm ki, o, ermənilərin və Azərbaycanı istəməyən bəzi digər xarici dairələrin istəklərinin buradakı icraçısı olub. Ona görə də belə əməllərə yol verənlər öz layiqli cəzalarını almalıdır.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev:

- AXCP sədri Əli Kərimovun Leyla Yunusovanın həbsi ilə bağlı müdafiə qalxması təəcccüb doğurmur. Çünki Ə.Kərimovun arvadı ilə L.Yunus eyni millətə mənsubdurlar və bunların bir xisləti var: Azərbaycanda qarışıqlıq yaratmaq. Bu gün ölkədə qarışıqlıq yaratmaq istəyənlərin başında, məhz Leyla Yunus və Arif Yunus dayanıb. Yəni, Leyla Yunus xəyanət yolu tutan məxluqdur. Vaxtilə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması prosesində Leyla Yunus bir nömrəli fiqurlardan olub. Yadınıza gəlirsə, bizim hakimiyyətimiz dövründə (AXC-Müsavat iqtidarı-red.) bu qadın Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini daşıyıb. Bizə o da bəllidir ki, mətbuat xidmətinin rəhbəri kimi, Leyla Yunus həmin dövrlərdə Nazirliyə məxsus məxfi materialları erməni kəşfiyyat orqanlarına ötürürdü. Hətta bunun üstü açılmışdı və müvafiq dövlət qurumları bundan xəbərdar idi. Eləcə də Sumqayıt hadisələri dövründə Leyla Yunus maska geyilmiş şəkildə proseslərdə yaxından iştirak etmiş, araqarışdıranlardan biri olmuşdu. Müəyyən dövlətlər var ki, onların içində Azərbaycanı istəməyən qüvvələr var və Leyla Yunus kimiləri həmin qüvvələrlə iş birliyindədir. Leyla Yunus isə onların agentləri üçün ən əlverişli adamdır. Digər tərəfdən, onun arxasında dayanan xarici səfirlik nümayəndələri, diplomatları, konqresmenləri də bilməlidirlər ki, Azərbaycanın daxili işlərinə qarşmağa heç kimin haqqı yoxdur. Hər kəs, ölkəmizdə olan Fransa, ABŞ kimi ölkələrin səfirlikləri də bilməlidir ki, biz, onların və erməni agenturasının buradakı təmsilçisinin başını heç də sığallayası deyilik. Ona görə də mən bir partiya sədri kimi tələb edirəm ki, Leyla Yunus, Arif Yunus, həmçinin onlara qahmar çıxaraq mələk cildinə girən Əli Kərimli kimiləri həbs edilməli və Azərbaycandan deportasiya olunmalıdırlar. Ə.Kərimli L.Yunusu müdafiə etməsi ondan irəli gəlir ki, AXCP sədri özü də erməni dəyirmanınna su tökənlərdəndir. Leyla Yunusu AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə Müdafiə Nazirliyinin sirrlərini düşmənlərə ötürürdi. Bugünkü kimi yadımdadır, hətta o vaxt onun danışıqları ələ keçmişdi. SDİ rəhbərinin 15-20 il bundan əvvəl Azərbaycan xalqına vurduğu yaralar hələ sağalmayıb. O, həmin vaxtdan bu günə kimi Azərbaycan dövlətini sarsıtmaq üçün əlindən nə gəlibsə, edib. Leyla Yunusa daxildə hakimiyyət ehtirası ilə alışıb-yanan İsa Qəmbər, Əli Kərimli və digərləri siyasi dəstək verir. Çünki Leyla Yunusun özü erməni olduğu üçün təbii ki, erməniləri də müdafiə etməlidir. Təbii ki, buna təəccüblənməməliyik. Əgər bir satqın digər bir satqını özünə qoşursa və birgə əməkdaşlıq edirlərsə, bunun özünün də cavab veriləsi nüanasları var. Hesab edirəm ki, belə adamların Azərbaycanın əleyhinə işləməsi illərə söykənir. Bu insanlar Əbülfəz Elçibəy hakimiyyətinin devrilməsindən sonra Sürət Hüseynova işlədilər. Bu bir faktdır. Bunları Rauf Mirqədirovun yazıları da isbat edə bilər. Onlar düşünürdülər ki, Sürət Hüseynov hakimiyyətə gəlsə, hər şey dəyişə bilər. Bu mənada Rauf Mirqədirovla yanaşı, İsa Qəmbərov, Əli Kərimov Leyla Yunusla nəinki bugünün, illərin dostu və satqınlarıdır.

Bu adamın Azərbaycana xəyanətlərinin misli bərabəri yoxdur. Leyla Yunus bizi dünyaya mənfi obrazlı xalq kimi çatdırmaq üçün əlindən gələni edib. Hesab edirəm ki, hüquq-mühafizə orqanları onun həbsinə gecikiblər. Nə üçün onun xəyanətlərinə göz yummuşuq? Ölkəmizi gözü götürməyən qüvvələr Leyla Yunusdan kifayət qədər yararlanırlar. Onu müdafiə edənlər də ermənilərin tayıdır. Düşünürəm ki, bu iş sona qədər araşdırılmalı, günahkar şəxslər layiqli cəzalarını almalıdır. Bir daha vurğulamaq istərdim ki, Əli Kərimli də Leyla Yunus kimi dövlətə xəyanətdə ittiham edilməlidir.

Vəhdət partiyasınnı sədri Tahir Kərimli:

- Leyla Yununsun həbs edilməsi törətdiyi cinayətlərin öz təsdiqini tapdığını bir daha göstərir. Hüquq-mühafizə orqanlarının SDİ rəhbərini saxlanılması qanun çərçivəsində həyata keçirilib. Leyla Yunus hansısa əsas var ki, saxlanılıb. Çünki Leyla Yunus ermənilərlə ünsiyyət quranlara düşmənlərimiz arasında fərq qoymur. Ermənilərlə hər hansı səviyyədə əlaqə quranlar içimizdəki ermənilərdir. Belələri düşmənin dəyirmanına su tökməklə məşğul olurlar. Hesab edirəm, onların əməlləri araşdırılmalı, bununla bağlı hüquqi müstəvidə ciddi ölçü götürülməlidir. Ermənilərə xidmət edənlər cəzalandırılmalıdır.

"Azadlıq Hərəkatçıları" İctimai Birliyinin sədri Təhmasib Novruzov:

- Azərbaycanın əldə etdiyi uğurlar həm ölkə daxilində, həm də xaricdə inanılmaz dərəcədə qısqanclıqla, bəzi hallarda düşmənçilik hissi ilə qarşılanır. Bu gün həm xaricdə, həm də daxildə müstəqil Azərbaycan əleyhinə fəaliyyət göstərən fərd və təşkilatları ətrafında cəmləməyə çalışan, öz fəaliyyətinə "demokratiya", "insan haqqları" donu geyindirməklə, əslində ölkəmizə qarşı açıq-aşkar düşmən fəaliyyəti göstərən Leyla Yunusun əməlləri dözülməz həddə çatırdı. Bu başabəla "hüquq müdafiəçisinin" hələ müstəqilliyimizin ilk illərində gənc respublikanın Müdafiə Nazirliyində əldə etdiyi məsul vəzifədən istifadə edərək, Ermənistan tərəfə ən ciddi hərbi məlumatları ötürdüyü hər kəsə məlumdur. Son vaxtlar Ermənistanla separat əlaqələr saxlayan, bu ölkəyə Azərbaycanın dövlət sirrlərini ötürən, vətənə xəyanət faktı ilə cinayət başında yaxalanan Rauf Mirqədirovun müdafiəsinə qalxan da məhz Leyla Yunus və onun çaldığı havaya oynayan bəzi üzdəniraq siyasi müxalifət nümayəndələridir. Sual olunur: "Ermənistandan və Qarabağdan qovularaq səfil həyat yaşamağa məcbur edilən milyonlarla azərbaycanlının hüquqları ilə bağlı, eləcə də BMT və digər beynəlxalq qurumlar tərəfindən tanınmış ərazisinin 20 faizi işğal olunan müstəqil Azərbaycanın haqq səsi ilə bağlı heç zaman, heç bir beynəlxalq qurumda bir kəlmə də olsun danışmayan Leyla Yunus, nədən Rauf Mirqədirov və onun kimilərinə toxunan kimi səsi aləmi götürür? Düşünürəm ki, Leyla Yunus layiq olduğu cəzanı alacaq.

QHT rəhbəri Rufiz Qonaqov:

- Leyla Yunus müxtəlif vaxtlarda yaratdığı şoularla Azərbaycanın uğurlarını gözü götürməyən qüvvələri ölkəmizə qarşı yönəltmək, dövlətimizin imicinə xələl gətirmək məqsədi daşıyıb. Bu, həm də uzun müddətdir hakimiyyətə qərəzli mövqedə dayanan insanların pis niyyətlərindən xəbər verir. Bir çox dağıdıcı müxalif dairələri də onu dəstəkləyərək, yaratdığı şoulara bəraət qazandırmaqla diqqət mərkəzinə cevrilməyə calışıb. Dəfələrlə bəyan etmişik ki, Azərbaycanda fəaliyyətləri ilə cinayətlərə yol vermiş insanlar mövcuddur. Leyla Yunus kimiləri isə onları siyasi məhbus kimi dəyərləndirməklə, beynəlxalq ictimaiyyəti Azərbaycanın üzərinə qaldırmaq niyyətində olublar. Belə şoular yaratmaqla Leyla Yunus özünün "siyasi məhbus" kimi həbs olunması ssenarisini planlaşdırıb. Azərbaycan Konstitutsiyasını, qanunları pozan, ölkəmizin milli maraqlarına zidd hərəkət edən hər bir kəs qanun qavrşısında cəzasını almalıdır.

Millət vəkili Tahir Süleymanov:

- Leyla Yunus kimilər Azərbaycanın imicinə zərər vuran addımlar atırlar. Belə hallar haqlı olaraq ictimaiyyət tərəfindən qınanılır. Yunuslar Azərbaycana bağlı insanlar deyil. Belədə onların atdığı bütün addımlar, hərəkətlər ölkəmizin imicinə zərbə vurmaq üçündür. Bu yolla da ölkəmizə qarşı beynəlxalq arenada mənfi imicin formalaşması, sərt reaksiya və sanksiyaların yaranmasına zəmin yaratmağa çalışırlar. Belə fəaliyyət ölkəyə qarşı fəaliyyət göstərməkdir və düşünülmüş şəkildə olan addımlardır. SDİ rəhbəri NATO-nun ölkəmizdə keçirilən seminarında "siyasi məhbus" iddiası və erməniçilik mövqeyindən cıxı etdi. Leyla Yunus hələ AXC-Müsavat cütlüyünün iqtidarı dönəmində, məsul vəzifə daşıyarkən, dövlət sirrlərini erməni xüsusi xidmət orqanlarına satmaqla məşğul idi. Ermənistanda Leyla Yunusu bu ölkənin işğalçılıq siyasətini dəstəkləyən adam kimi tanıyırlar. Əgər Leyla Yunus hər hansı bir tədbir adı altında işğalçı ölkəyə səfər edib, onların maraqlarını təmin edirsə, demək o, həm xəyanətkar, həm də Azərbaycana qarşı düşmən kəsilmiş şəxsdir. Hesab edirəm ki, onun barəsində aparılan istintaq araşdırmaları hələ çox faktları üzə çıxaracaq. Ona görə də cinayətkar cəzasını çəkməlidir.

Millət vəkili Nəriman Əliyev:

- Satqınlıq, Vətənə xəyanət, dövlət sirrlərini yaymaq bağışlanılan deyil. Leyla Yunus uzun müddətdir anti-Azərbaycan fəaliyyətini əsas seçib. O, buna görə də mükafatlandırılır. Xarici dairələr tərəfindən Azərbaycanın əleyhinə fiqur olaraq bəsləndirilir. Uzun müddətdir ölkəmizin məhkəmə-hüquq sistemi, idarəçiliyinə dair hansısa təftişçilik aparan, əsassız tələblər irəli sürən şəxsin özü korrupsiya bataqlığında boğulur. Sonuncu dəfə aldığı qrantın məbləği 320 min avrodan artıq idi. O məbləğ Leyla Yunusa "Eurovizion" musiqi yarışmasından əvvəl Azərbaycandakı prosesləri qara rəngdə təsvir etmək üçün təqdim olunmuşdu. Leyla Yunus bir sıra problemləri bir-birilə əlaqələndirib xaricdə Azərbaycan əleyhinə emissar kimi fəaliyyət aparırdı. Azərbaycana qarşı "zəif bənd" kimi oyunlar üçün Leyla Yunus kimi şəxslər təsadüfi olaraq seçilmir. Bunlar sanki təsir agentləri rolunda çıxış edirlər. Fakt ondan ibarətdir ki, Leyla Yunusun qazancı dövlət əleyhinə fəaliyyətdən irəli gəlir. Azərbaycanın çörəyini yeyib, burada böyüyüb boya-başa çatan bir insanın ölkəmizin imicinə xələl gətirəcək hər hansı bir addımı nəinki qınanmalı, bununla bağlı konkret mövqe ortaya qoyulmalıdır. Ölkənin taleyi orada yaşayan vətəndaşların taleyidir. İnsanlar öz xoşbəxtliyini ölkəsinin xoşbəxtliyi içərisində axtarmalıdır. Hər bir insan, düşünmədən, öz şəxsi maraqlarını ölkə maraqlarına qurban verməyi bacarmalıdır. Digər tərəfdən, xarici anti-azərbaycançı mərkəzlərin "maşası" rolunda bütün fəaliyyətini Azərbaycan dövlətinə qara yaxmağa sərf edən L.Yunus dövlətin qanunlarına hörmət etməyib. Ona görə də onun cəzalandırılması haqlıdır, ictimai istəkləri ifadə edir.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə