Umud Rəhimoğlu: "Dövlətə xəyanətlə barışmaq olmaz"

Umud Rəhimoğlu: "Dövlətə xəyanətlə barışmaq olmaz"

"Bu gün Leyla Yunusa və həyat yoldaşına qarşı kifayət qədər ciddi ittihamlar var. Bu məsələlərə aydınlıq gətirilməlidir". Bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu deyib.

Fond sədri bildirib ki, bu cür məsələlərə tolerant yanaşmaq lazımdır: "Ajiotaj yaratmaya ehtiyac yoxdur. Əminəm ki hər hansı ciddi faktlar olmasa, bu həbslər baş verməzdi. Mən vətəninin bir hissəsi işğal olunmuş şəxs kimi deyə bilərəm ki, dövlətə xəyanətlə barışmaq olmaz. Həmin məsələ araşdırılmalı, günahkar varsa, layiqli cəzasını almalıdır".

Qeyd edək ki, iyulun 30-da Sülh və Demokratiya İnstitutunun sədri, hüquq müdafiəçisi Leyla Yunusun həbs edilib. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. L.Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq), 192-ci (qanunsuz sahibkarlıq), 320-ci (rəsmi sənədləri saxtalaşdırma) və 213-cü (vergidən yayınma) maddələri ilə cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə