Azər Həsrət: “Mən təəccüblənirəm ki, bu həbs niyə bu qədər gecikdi”

Azər Həsrət: “Mən təəccüblənirəm ki, bu həbs niyə bu qədər gecikdi”

"Leyla Yunusun həbsinin gözlənilən idi. Mən təəccüblənirəm ki, bu həbs niyə bu qədər gecikdi". Bunu Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət bildirib.

A.Həsrət qeyd edib ki, Leyla Yunus Rauf Mirqədirovun həbsi ilə bağlı dəfələrlə istintaqa çağırılsa da, getməyib: "Hüquq müdafiəçiliyi ilə məşğul olan bir şəxs kimi onun borcu idi ki, istintaqa yardımçı olsun. Təəssüflər olsun ki, o, əvvəlcə ölkədən qaçmaq fikrinə düşdü, lakin saxlanıldı. Sonrakı mərhələdə də istintaqa dəvət olundu, lakin dəvətləri rədd edərək getmədi. Bütün bunlar müəyyən şübhələrə yol açırdı. Görünür, hüquq-mühafizə orqanlarında dəlil və sübutlar var ki, ondan şübhələniblər. Yəni onun saxlanılmasında ajiotaj yaradacaq, hay-küy salacaq bir şey yoxdur. Mən hüquq-mühafizə orqanlarımıza güvənirəm və inanıram ki, sonda düzgün qərar qəbul ediləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə