Azay Quliyev: "Leyla Yunusun hərəkətlərinə hüquqi müstəvidə qiymət verilməlidir"
"Leyla Yunusun hərəkətlərinə hüquqi müstəvidə qiymət verilməlidir". Bunu Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Leyla Yunusun saxlanılmasına münasibət bildirərkən deyib.
A.Quliyev hüquq-mühafizə orqanlarının Leyla Yunusa qarşı irəli sürülmüş ittihamları obyektiv şəkildə araşdıracağına və düzgün qiymət verəcəyinə şübhə etmədiyini bildirib: "Hesab edirəm ki, bu məsələ hüquqi müstəvidə həllini tapacaq. Leyla Yunusun həbsi onun siyasi fəaliyyəti ilə bağlı deyil. Leyla Yunus hər hansı siyasi partiyanı dəstəkləyə də bilər, tənqid edə də bilər. Lakin hazırda ortada ciddi ittihamlar var və bunlar araşdırılmalıdır. Hesab edirəm ki, buna siyasi don geyindirməyə ehtiyac yoxdur. Hər kəsi səbirli olmağa və bu prosesləri axıra kimi izləməyə dəvət edirəm. Əminəm ki, məhkəmə bu proseslərə aydınlıq gətirəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB