Riçard Morninqstar ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsində öz səlahiyyətlərini artıq başa vurub. SİA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. Səfirliyin məlumatına görə, səfir artıq öz vətəninə yola düşüb.
Qeyd edək ki, ABŞ Senatı 2012-ci il iyunun 30-da R.Morninqstarın Azərbaycanda səfir postuna namizədliyini təsdiq etmişdi.
Xatırladaq ki, ABŞ prezidenti Barak Obama ABŞ-ın Azərbaycandakı yeni səfiri postuna hazırda dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin birinci müavini olan Robert Frensis Sekutanın namizədliyini irəli sürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB