Sabah 38 dərəcə isti olacaq PROQNOZ

Sabah 38 dərəcə isti olacaq PROQNOZ

Avqustun 1-də Bakıda və Abşeron yarımadasında gün ərzində hava şəraitinin yağmursuz olacağı gözlənilir. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, gün ərzində cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 30-35 dərəcə isti olacaq.

Sabah Azərbaycanın əksər rayonlarında yağmursuz hava şəraiti müşahidə olunacaq. Cənub-şərq küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 24-29 dərəcə isti olacaq.

Qeyd edək ki, tibbi meteoroloji proqnoza görə, həftənin sonunadək Abşeron yarımadasında isti diskomfort hava şəraitinin davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə