6 ayda 112 nəfər dərmandan zəhərlənib

6 ayda 112 nəfər dərmandan zəhərlənib

Bu ilin 6 ayı ərzində 112 nəfər dərmandan zəhərlənib. Respublika Toksikologiya Mərkəzindən SİA-ya verilən xəbərə görə, zəhərlənənlərdən 24 nəfəri azyaşlı olub.

Uşaqların zəhərlənməsinə əsas səbəb kimi antibiotik tərkibli preparatlar və polivitaminlərin qəbulu göstərilir.

Cari ilin 6 ay müddətində bir ölüm faktı qeydə alınıb.

Sözügedən müddət ərzində Mərkəzə 52 nəfər gürzə ilan sancması, 18 nəfər isə sarı əqrəb sancması, 12 nəfər qaraqurd sancması ilə müraciət olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə