Lənkəranda Heydər Əliyev Fondunun fəaliyyətinin həsr olunmuş tədbir keçirilib

Lənkəranda Heydər Əliyev Fondunun fəaliyyətinin həsr olunmuş tədbir keçirilib

İyulun 31-də Heydər Əliyev Fondunun fəaliyyətinin təbliği ilə bağlı Lənkəran Mərkəzi kitabxanasında seminar təşkil olunub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, tədbirdə MKS-in direktoru Validə Məmmədova çıxış edərək Azərbaycan mədəniyyətinin dünyada tanınmasında Heydər Əliyev Fondunun apardığı iş haqqında ətraflı məlumat verib. Tədbirdə xüsusi ilə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, fəlsəfə elmləri namizədi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyat yoldaşı Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi vurğulanıb, haqqında geniş məlumat verilib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə