Samux rayonunun orta məktəblərini 469 məzun bitirib

Samux rayonunun orta məktəblərini 469 məzun bitirib

Samux rayonu Təhsil Şöbəsinin nəznində 23 tam orta məktəb fəaliyyət göstərir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, bunlardan 280 nəfər ali məktəblərə qəbul olunmaq üçün sənəd verib. Təkrar imtahan verib, attestat alan məzunlarla birlikdə bu il attestat alan ümumi məzunların sayı 646-dır.

Samux Təhsil Şöbəsinin rəisi Gülağa Hüseynovun verdiyi məlumata əsasən, 224 nəfər abituriyent keçid balını keçib. Onların arasında 500 və 600 baldan yuxarı nəticə göstərən şagirdlərin sayı isə yetərincədir. Qəbul imtahanlarının nəticəsinə uyğun olaraq keçid balını Samux rayonu Alıuşağı kəndindən 7, Ağasıbəylidən 4, Çobanabdallı kəndindən 8, Qarabağlar, Lək, Qırmızı Samux, Əhmədbəyli kəndlərindən 5, Poylu kəndindən 2, Qarayeri qəsəbəsi 1 sayılı məktəbdən 7, Sərkardan10, İnstitut qəsəbəsindən 13 nəfər, şəhər 3 sayılı məktəbdən 6 nəfər, Ziyadlıdan 9, Seyidlər kəndindən 2, Yenikənddən 3 nəfər, Qovlarsarı və Sarıqamışdan 3 nəfər keçib. Onu da qeyd edək ki, cari ildə Samux rayonu üzrə 9-cu sinfi bitirən və şəhadətnamə verilən şagirdlərin sayı 714, fərdi təhsi alıb 9-cu sinfi bitirən məzunların sayı 1, təkrar imtahan verib şəhadətnamə alan məzunların sayı 6, eksternant imtahan verərək şəhadətnamə alan məzunların sayı isə 6 nəfərdir.

Qeyd edək ki, Samux rayonu üzrə universitetə qəbul olunması gözlənilən 224 abituriyentin neçə nəfərinin tələbə adı qazanacağı, yaxın günlərdə TQDK-nın rəsmi açıqlamasından sonra bilinəcək.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə